Qətərdə təşkil olunan dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyunun təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı Qətər Futbol Federasiyasından Əbdülrəhman Əl-Cassim idarə edəcək.
Yan xətt hakimləri Taleb Əl-Mari və Səud Əl-Maqali olacaqlar. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.
VAR sisteminə çilili Xuliyo Baskunyan nəzarət edəcək. Onun köməkçisi isə həmyerlisi Bruno Pires olacaq.
Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.