Fransalı müdafiəçi Uesli Fofana milli komandanın DÇ-2022-nin yarımfinalında Mərakeş üzərində qazandığı qələbə haqda danışıb.
Sportarena.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Adrien Rabio barədə də fikir bildirib:
“Təəssüf ki, Rabio qələbə sevinci zamanı bizimlə birlikdə olmadı. Ümid edirəm ki, bazar günü burada olacaq. Onu əvəzləmək asan olmadı. Birlikdə çox işlədik və yaxşı alındı”.
Fofana, Fransa prezidenti Emmanuel Makronun futbolçuları təbrik etdiyini dilə gətirib:
“Həyat gözəldir. Hazırda finalda oynamağım şübhə altındadır. Paltardəyişmə otağında Emmanuel Makron sadəcə bunu dedi: “Təbrik edirəm”.
Qeyd edək ki, onların finaldakı rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.