Mərakeşli futbolçu Sofyan Amrabat milli komandanın DÇ-2022-nin yarımfinalında Fransaya məğlub olmasından sonra fikirlərini bölüşüb.
Sportarena.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, matçın gedişatında rəqib hücumçu Olivye Jiru ilə aralarında olan dialoq barədə danışıb:
“Fransızların hücumçusu Olivye Jiru oyunboyu meydanda məni izlədi. Mən ona sadəcə bir kəlmə dedim: “Dayan!” Jiru cavab verdi ki, ona oyunboyu məni izləmək tapşırılıb”.
Qeyd edək ki, Mərakeş millisi üçüncü yer uğrunda görüşdə Xorvatiya millisi ilə qarşılaşacaq.