Fransalı futbolçu Pol Poqba sosial şəbəkə hesabında paylaşım edib.
Sportarena.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, Fransa millisinin və “Atletiko”nun hücumçusu Antuan Qrizmannı “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteyə bənzədib:
“Antuan Qrizmann məni təəccübləndirdi. O, insanları təəccübləndirmək üçün kifayət qədər intellektə və keyfiyyətlərə malik oyunçudur. Antuan Qətərdəki dünya çempionatında daha çox Kanteyə bənzəyir”.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici oyuna vəsiqə qazanıb.
Onların finaldakı rəqibi Argentina yığması olacaq.
Qeyd edək ki, oyun dekabrın 18-də keçiriləcək.