"İnsanlar Messiyə ölkə prezidentindən çox hörmət edirlər"

10:37 16 Dekabr 2022

Argentina millisinin üzvü Emiliano Martinez komandanın kapitanı Lionel Messi haqqına danışıb .

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı qapıçı 37 yaşlı hücumçu ilə oynadığına görə qürurlandığını deyib:

“Onunla çiyin-çiyinə oynamaq, şübhəsiz ki, məni daha yaxşı futbolçu etdi. Messinin Amerika Kubokunu qazanması əladır. Bundan əvvəl o, 2 və ya 3 dəfə finalda məğlub olmuşdu. Messi məndən selfi çəkməyimi istəyəndə bu, mənim üçün bir qürur anı oldu və bu şəkil evdə çərçivədə var.

O, ölkəni qəhrəman kimi təmsil edir. İnsanlar Messiyə ölkə prezidentindən çox hörmət edirlər. Messi istəsə, hətta insanlar 24 saat evdə qalarlar.O, bir nömrədir, zəhmətkeşdir və hamı üçün ilham mənbəyidir”.

 

Qeyd edək ki, Emiliano 2011-ci, Messi isə 2005-ci ildən yığmann üzvüdür.


Digər xəbərlər

Xəbər xətti