"Neftçi” futbolçusu Emin Mahmudova yeni müqavilə təklif edib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, Bakı klubu kapitanı ilə danışıqlara start verib.
“Ağ-qaralar” 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədər olan sözləşməsini daha 3 illik uzatmaq niyyətindədirlər.
Bir neçə xarici klubun diqqət mərkəzində olmasına baxmayaraq, Mahmudov özü də hazırkı komandasında qalmaqda maraqlıdır.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir. O, cari mövsüm Premyer Liqada keçirdiyi 17 oyunda 10 qola imza atıb.