Polşanın “Poqon” klubunun “Qarabağ” və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib.
Sportarena.az “24kurier.pl” saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun transferinin 350 min avroya başa gələcəyi ehtimal edilir.
Qış fasiləsində heyətini mərkəz hücumçusu ilə gücləndirməkdə israrlı olan Ekstraklassa təmsilçisi Qurbanlının keçidi sayəsində qol problemini həll edəcəyini düşünür. Hətta transferin baş tutma ehtimalının yüksək olduğu vurğulanıb.
Qeyd edək ki, Musa Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.