Serxio Buskets İspaniya milli komandasındakı gələcəyi ilə bağlı yekun qərar verib.
Sportarena.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi yığmadakı karyerasını başa vurub. Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Serxio Buskets 2009-cu ildən İspaniya millisində çıxış edirdi. 34 yaşlı yarımmüdafiəçi "qırmızı furya"nın heyətində meydana çıxdığı 143 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2020-cu ildə dünya çempionu olub, 2012-ci ildə Avropa çempionluğu yaşayıb.