"Çelsi”nin sabiq futbolçusu Didye Droqba DÇ-2022-nin final matçı – Argentina – Fransa oyunu barədə danışıb.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, Cənubi Amerika təmsilçisinin aqressiv oynadığını bildirib:
“Argentinalılar bilirlər ki, fransızlar ayaqlarına təpik vurulmasını sevmir. Argentinalılar çox aqressivdir. Kilian Mbappeni bacarığını nümayiş etdirməyə qoymazlar. Düşünürəm ki, hər vasitə ilə onu bloklayacaqlar. Amma Fransa yığmasının heyətində Antuan Qrizmann və Osman Dembele də var. Onları da dayandırmaq lazım olacaq”.
Qeyd edək ki, Fransa - Argentina finalı dekabrın 18-də baş tutacaq.