Tanınmış məşqçi Sinişa Mixayoviç uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sportarena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.
Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində "Roma", "Sampdoriya", "Latsio", "İnter" kimi klublarda çıxış edib. Onun məşqçilik karyerası da İtaliyada keçib. Mixayloviç son olaraq "Bolonya"nı çalışdırıb. Sərb məşqçi sentyabr ayında postunu tərk etmişdi.