Neymarın partisi Braziliyada tənqidlərə səbəb oldu

16:57 16 Dekabr 2022

Dünya çempionatının 1/4 final mərhələsində mübarizəni dayandıran Braziliya millinin üzvləri qalmaqallı hərəkətlə gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, yığmanın üzvləri Neymar və Antoni uğursuzluqdan cəmi bir həftə sonra San Pauloda parti təşkil ediblər.

 

Neymarın bacısının evində təşkil olunan əyləncə məclisi ölkədə tənqidlə qarşılanıb.

 

Qeyd edək ki, Braziliya milli komandası DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq mundialda mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti