Dekabrın 16-da "Komanda.az" saytının sorğusunda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın ilk qanuni mərc saytı olan “ETOPAZ”ın sponsorluğu, “CanSports”un təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak edib.
İştirakçılar arasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da olub.
Qurban Qurbanova mükafatı "Komanda.az" saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Qurban Qurbanov 12-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.