"Qarabağ" gənc futbolçuları Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə müqavilələrini yeniləyib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözügedən 4 oyunçunun hər biri ilə 3 il yarımlıq sözləşmə imzalanıb.
Qeyd edək ki, Elvin və İsmayıl 2018-ci, Toral və Musa isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinirlər.