Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı, təsis olunduğu ilk gündən etibarən AFFA-da və Azərbaycan milli komandasında müxtəlif vəzifələrdə çalışmış, hazırda da əmək fəaliyyətini davam etdirən Ramiz Mustafayevin 70 yaşı tamam olur.
Sportarena.az xəbər verir ki, baş katib Sərxan Hacıyev yubilyarla görüşərək 70 illik yubileyi və AFFA-dakı fəaliyyətinin 30 ilinin tamam olması münasibətilə AFFA rəhbərliyi adından təbrik edib.