Argentina millisinin sabiq futbolçusu Serxio Aquero yığma ilə birgə məşq edib.
Sportarena.az xəbər verir ki, bu barədə "TyC Sport" məlumat yayıb. 34 yaşlı keçmiş forvard cümə axşamı millinin məşqində iştirak edib və qol vurub.Həmçinin qeyd olunur ki, Aquero Lionel Messi ilə bir otağı bölüşür .
Aquero 2006-2021-ci illərdə Argentina yığmasında oynayıb. O, ötən il səhhətindəki problemlərə görə karyerasını başa vurub.
Qeyd edək ki, Argentina millisi dekabrın 18-i DÇ-2022-nin final oyununa çıxacaq. Yığmanın rəqibi son dünya çempionu Fransadır.