Cefferson Farfan peşəkar karyerasını baş vurub

09:41 17 Dekabr 2022

Peru millisinin sabiq futbolçusu Cefferson Farfan peşəkar karyerasını baş vurub.

 

Sportarena.az xəbər verir ki, təcrübəli hücumçu 38 yaşında futbolla vidalaşıb.

 

"Bütün arzularımı həyata keçirdikdən sonra idmanla sağollaşmağın vaxtı çatdı. Həyatımın bu mərhələsini başa vurmalıyam. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Çox sağ ol, futbol", - veteran forvard sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edək ki, Cefferson Farfan karyerası ərzində ölkəsinin "Alyansa Lima", Niderlandın PSV, Almaniyanın "Şalke" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında çıxış edib. Yığmada 102 oyun keçirən futbolçu 27 qol vurub.


Digər xəbərlər

Xəbər xətti