Platini Makronun dəvətini rədd edib

10:09 17 Dekabr 2022

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platini Fransa prezidenti Emmanuel Makronun 2022-ci il dünya çempionatının finalında iştirak etmək dəvətini rədd edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Europe 1” məlumat yayıb.

 

Bu günlərdə İsveçrənin Bellinzona məhkəməsi dələduzluq işi üzrə Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter və Mişel Platiniyə bəraət verib.

 

2015-ci ildə Blatter UEFA-nın o zamankı rəhbəri Mişel Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham edilirdi.

 

Platini 2007-ci ilin yanvarından 2015-ci ilə kimi UEFA-nın rəhbəri olub. Əvvəlcə 90 gün vəzifəsindən kənarlaşdırılsa da, daha sonra 8 il müddətinə diskvalifikasiya edilib. Lakin bu müddət daha sonra 4 ilə endirilib.

 

Qeyd edək ki, Qətərdəki dünya çempionatının final oyununda Fransa Argentina ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 18-də baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək


Digər xəbərlər

Xəbər xətti