“Milan”ın keçmiş futbolçusu Alessandro Nesta Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.
Sportarena.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun DÇ-2022-də zəif çıxış etdiyini deyib:
“Mən onu hələ də dünyanın ən yaxşı futbolçularından biri hesab edirəm. Bəzi insanlar o qədər qəzəblidir ki, Ronaldoya paxıllıq edirlər. Düzünü desəm, dünya çempionatında zəif çıxış etməsinə baxmayaraq, Ronaldoya böyük hörmətim var”.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzaraq (0:1), turnirlə vidalaşıb. Kriştiano Ronaldo 5 matçda meydana çıxıb və 1 qol vura bilib.