İngiltərə klubu oyunçusu ilə yollarını ayırdı

12:40 17 Dekabr 2022

İngiltərənin "Everton" klubunda ayrılıq gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, "Liverpul" təmsilçisi Solomon Rondonla yollarını ayırıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Qeyd edək ki, Solomon Randon 2021-ci ilin yayından "Everton"da çıxış edirdi. Venesuelalı forvard İngiltərə klubunun heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti