"Fransada da Messinin dünya çempionu olmağını istəyənlər var" - Didye Deşam

14:17 17 Dekabr 2022

Fransa milli komandası DÇ-2022-nin final matçında Argentina yığması ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, Avropa təmsilçisinin baş məşqçisi Didye Deşam matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

 

54 yaşlı mütəxəssis komandada zədəli və xəstə futbolçuların olduğunu deyib:

"Xəstəlik və zədə kimi problemlər ola bilir. Bunları nəzərə almasaq, oyuna tam hazırıq. Rəqibin də çətinlikləri var. Bu turnirdə olan hər kəs qələbə üçün çalışır. Dünyanın hər yerində, hətta Fransada da Messinin dünya çempionu olmağını istəyənlər var. Hər dünya çempionatını öz hekayəsi olur. 

 

DÇ-2018-lə indiki Argentina fərqli komandalardır. Rəqib texniki cəhətdən çox güclüdür. Fərqli oyun sistemlərində oynamağı bacarırlar. Bunu biz də edə bilirik. Mərakeşlə matçda fərqli sistemlə oynadıq. Sabah da dəyişikliklər ola bilər. Detallara girmək istəmirəm. Rəqibə qarşı planlarımız var. Bunları həyata keçirmək lazımdır".

 

Qeyd edək ki, Argentina - Fransa qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da baş tutacaq


Digər xəbərlər

Xəbər xətti