"Atletiko" "Fənərbaxça"nın futbolçusunu istəyir

15:44 17 Dekabr 2022

"Fənərbaxça"nın futbolçusu Brayt Osayi-Samuel karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində "Atletiko" maraqlıdır.

 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Sağ cinah müdafiəçisi axtaran Madrid təmsilçisinin əsas hədəfi nigeriyalı oyunçudur.

 

Brayt Osayi-Samuel "Fənərbaxça"ya 2021-ci ilin yanvarında QPR-dən transfer olunub.

 

Futbolçu cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində 21 rəsmi matçda meydana çıxıb.

 

Qeyd edək ki, onun İstanbul klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.


Digər xəbərlər

Xəbər xətti