PSJ-nin futbolçusu, hazırda icarə əsasında "Leyptsiq"də çıxış edən Abdu Diallo maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, 26 yaşlı müdafiəçi "Monako"da və PSJ-də komanda yoldaşı olan Kilian Mbappe haqda danışıb.
O, fransalı hücumçunun Kriştiano Ronaldo fanatı olduğunu deyib:
"Lionel Messi və Kriştiano Ronaldonu müqayisə etsəniz, Mbappe bu mövzuda sizinlə bir saat mübahisə edə bilər. Ronaldo sözün əsl mənasında Kilian üçün hər şeydir, toxunulmazdır".