"Borussiya" (Dortmund) Yussufa Mukoko ilə müqavilə müddətini yeniləmək istəyir.
Sportarena.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi artıq forvardın agenti ilə danışıqlara başlayıb.
Lakin hələ ki, 18 yaşlı futbolçu ilə razılıq əldə edilməyib.
"Çelsi" Almaniya millisinin üzvünü transfer etmək niyyətindədir. Bu yöndə də, danışıqlar başlayıb. Onun qışda Londona yollanmaq ehtimalının olduğu iddia edilir.
Qeyd edək ki, Mukoko bu mövsüm 22 matçda meydana çıxıb və 6 qol vurub, 6 assist edib. Forvardın "Borussiya" ilə müqaviləsi 2023-cü il iyunun 30-da baş çatacaq.