Hakimi ilə İnfantino arasında qalmaqal yaşanıb

11:34 18 Dekabr 2022

Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi FİFA prezidenti Canni İnfantinonun ünvanına sərt fikirlər səsləndirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Sport1" məlumat yayıb. Müdafiəçi DÇ-2022-də 3-cü yerin mükafatlandırma mərasimindən əvvəl İnfantinonu tribunaların altındakı otaqda tapıb və orada futbol təşkilatının rəhbərini tənqid edib.  

 

Hakimi FİFA-nın Mərakeşin dünya çempionatının medallarını qazanmasını istəməməsi ilə bağlı ittiham edib. Əşrəf üçüncü yer uğrunda oyuna, eləcə də Fransa ilə yarımfinala (0:2) hakim təyinatından da narazılığını bildirib.

 

Hadisədən sonra Hakimi paltardəyişmə otağına aparılıb. İnfantino futbolçunun hərəkətinə təəccüblü və sakit reaksiya verib. Hakiminin qəzəbinə səbəb ikinci hissədə Xorvatiyanın qapısına təyin olunmamış penalti olub.

 

Qeyd edək ki, Mərakeş DÇ-2022-nin 3-cü yer uğrunda keçirilən görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti