Qətərdə təşkil olunmuş dünya çempionatı başa çatıb.
Sportarena.az xəbər verir ki, finalda Argentina Fransa ilə qarşılaşıb.
Görüşün ən yaxşısı Argentina millisinin kapitanı Lionel Messi seçilib.
35 yaşlı futbolçu finalda dubl edib.
Qeyd edək ki, Argentina - Fransanı penaltilərdə məğlub edərək dünya çempionu adını qazanıb.