Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe dünya çempionatlarında 11-ci qolunu vurub.
Sportarena.az xəbər verir ki, 24 yaşlı hücumçu bu göstəriciyə Qətərdəki mundialda Argentina yığması ilə keçirdikləri final matçında dubl etməklə çatıb.
O, qol sayına görə argentinalı Qabriel Batistuta və ingiltərəli Qari Linekeri geridə qoyub, almaniyalı Yurgen Klinsmana isə çatıb.