Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatıb.
Sportarena.az xəbər verir ki, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gəlib.
“Lusail” stadionunda oynanılan matçda əsas vaxt (2:2) və əlavə vaxt (3:3) bərabərə bitib. Penaltılarda isə Argentina rəqibini 4:2 hesabı ilə qalib gəldi.
DÇ-2022
Final
18 dekabr
Argentina 3:3 Fransa (yekun)
Pen- 4:2
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu