Messi millidə oynamağa davam edəcək

10:07 19 Dekabr 2022

Futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcək.

 

Sportarena.az bu haqda  “TyC Sports”a istinadən xəbər verir.

 

“Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, - deyə Messi bildirib.

 

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti