İngiltərə millisinin keçmiş futbolçusu Qari Lineker paylaşımı ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, o, Argentina milli komandasını və Lionel Messini dünya çempionu olması münasibətilə təbrik edib.
Lineker Messini futbol tanrılarının hədiyyəsi adlandırıb:
“İyirmi ildir Lionel Messini izləyirik. Bu, gözəl şansdır. O, futbol tanrılarının hədiyyəsidir. Messi baş mükafatı qazandığı üçün çox sevinirəm. Çempion komandanı təbrik edirəm”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi ola bilib. Cənubi Amerika təmsilçisi DÇ-1978 və DÇ-1986-da da dünyanın ən güclü komandası adına sahib olub.
Qeyd edək ki, Argentinanın kapitanı Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həlledici matçda turnirin ən yaxşı oyunçusu titulunu da qazanıb.