Əfsanəvi braziliyalı futbolçu Pele Argentina millisinin DÇ-2022-nin qalibi olması barədə fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarına yazıb.
Pele Argentina yığmasını uğuru münasibəti ilə təbrik edib:
“Lionel Messi karyerasında ilk dəfə dünya çempionu oldu. O, buna layiq idi. Əziz dostum Kilian Mbappe finalda 4 qol vurdu. Bu tamaşaya baxmaq necə də gözəl idi. Və Mərakeş komandasını inanılmaz oyuna görə təbrik etməyə bilməzdim. Afrikanın parıldadığını görmək çox xoşdur.
Argentinanı təbrik edirik! Əlbəttə ki, indi Dieqo Maradona gülümsəyir".
Qeyd edək ki, Argentina millisi Fransanı məğlub edərək tarixində 3-cü dəfə dünya çempionatının qalibi olub.