"Argentinanın dünya kubokunu qazanmasına kölgə salmaq istəmirəm"

12:09 19 Dekabr 2022

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2022-nin Argentina ilə final oyunundan sonra hakimlikdən narazılıq edib.

 

Sportarena.az “L`Equipe”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:

"Kaş ki, bu sualı verməsəydiniz. Dediklərimə diqqətli olacam. Daha pis də ola bilərdi, daha yaxşı da. Müzakirəyə səbəb olacaq qərarlar var. Bütün matçlarda belə olur. Amma mən Argentinanın dünya kubokunu qazanmasına kölgə salmaq istəmirəm. Oyundan sonra hakimlə danışdım, amma təfərrüatlara varmayacam. Argentina millisini təbrik edirəm".
 

Qeyd  edək ki, Argentina - Fransa finalı 3:3 hesabı ilə başa çatıb və oyunsonrası penaltilərdə 4:2 qalib gələn Cənubi Amerika təmsilçisi dünya çempionluğunu bayram edib. 


Digər xəbərlər

Xəbər xətti