Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) DÇ-2022-də çempion olan Argentina millisinə ödədiyi mükafatın məbləği bilinib.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun prezidenti Alexandro Dominges rəsmi “tvitter” hesabında paylaşım edib.
Argentina millisi final oyunundan sonra paltardəyişmə otağında 10 milyon dollar alıb.
Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.