Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı bilinib

14:01 19 Dekabr 2022

Dekabrın 20-də güləş üzrə Azərbaycan çempionatına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında dörd gün davam edəcək yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

 

Dekabrın 20-də saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

 

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.


Xəbər xətti