“Dünya çempionatından öncə məndən belə nəticə gözlədiyimi soruşsaydız, neqativ cavab verərdim"

13:16 19 Dekabr 2022

Argentinalı yarımmüdafiəçi Aleksis Makallister DÇ-2022-nin Fransa ilə final matçı (3:3, penaltilər – 4:2) haqda danışıb.

 

Sportarena.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, görüşdən sonra xoşbəxtlikdən göz yaşlarına hakim ola bilmədiyini bildirib:

“Dünya çempionatından öncə məndən belə nəticə gözlədiyimi soruşsaydız, neqativ cavab verərdim. Odur ki, gəlin, bu qələbədən həzz alaq. Bu qələbə bizim burada keçdiyimiz yolu xatırlamağa vadar edən nailiyyətdir. Oyun başa çatan kimi gözlərimdən yaş gəldi. Hamısı xoşbəxtlikdəndir”.

 

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti