Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər

17:25 19 Dekabr 2022

Ukrayna Futbol Assosiasiyası (UAF) FIFA və UEFA-dan xaric edilə bilər.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədə üçüncü tərəflərin qurumun işinə müdaxiləsidir.

 

Hər iki təşkilat artıq bununla bağlı UAF-a xəbərdarlıq məktubu göndərib.

 

Assosiasiyanın vitse-prezidenti Oleq Protasov özünün sosial şəbəkə hesabında FIFA və UEFA-nın mümkün sanksiyalarını paylaşaraq, qurumun nüfuzlu təşkilatlardan çıxarıla biləcəyini xatırladıb.

 

FIFA və UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclasının keçirilməsi ilə bağlı UAF üzvlərinə təzyiq ola biləcəyindən narahatdır. Ukrayna mətbuatının iddiasına görə, iclasda qurumun hazırkı prezidenti Andrey Pavelkonun istefaya göndərilməsi və onun yerinə Andrey Şevçenkonun təyinatına səs verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Pavelko bu ilin noyabrında maliyyə fırıldaqçılığında şübhəli bilinərək həbs edilib.


Digər xəbərlər

Xəbər xətti