Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

15:55 19 Dekabr 2022

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun matçları keçiriləcək.

 

İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.

 

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

 

Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.

 

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.


Digər xəbərlər

Xəbər xətti