Dekabrın 20-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.
Sportarena.az xəbər verir ki, 4 gün davam edəcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.
Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.
İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.
Birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.
Döyüşlər hər gün saat 09:00-da başlayacaq.