"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov bu günü də qələbəsiz başa vurdu - FOTOLAR

21:34 19 Dekabr 2022

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə IV, V və VI turun qarşılaşmaları baş tutub.

 

Azərbaycan təmsilçilərindən Rauf Məmmədov 1 qalibiyyət, 2 heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov yenə qələbəyə həsrət qalıb və hər 3 görüşünü sülhlə başa vurub.

 

"Vüqar Həşimov Memorialı-2022"

IV tur

Rauf Məmmədov - Valeho Pons (İspaniya) - 0,5:0,5

Aydın Süleymanlı - Qukeş Dommaracu (Hindistan) - 0:1

Şəhriyar Məmmədyarov - Riçard Rapport (Rumıniya) - 0,5:0,5

Abdulla Qədimbəyli - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5

Van Hao (Çin) - Semuel Şenklend (ABŞ) - 1:0

 

 

V tur

Semuel Şenklend (ABŞ) - Rauf Məmmədov - 0:1

Nodirbek Abdusattorov (Özbəkistan) - Van Hao (Çin) - 0,5:0,5

Riçard Rapport (Rumıniya) - Abdulla Qədimbəyli - 0,5:0,5

Qukeş Dommaracu (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Valyexo Pons (İspaniya) - Aydın Süleymanlı - 0,5:0,5

 

 

VI tur

Rauf Məmmədov - Aydın Süleymanlı - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Valeho Pons (İspaniya) - 0,5:0,5

Abdulla Qədimbəyli - Qukeş Dommaracu (Hindistan) - 1:0

Van Hao (Çin) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5

Semuel Şenklend (ABŞ) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0:1

 

Qeyd edək ki, yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 10 xalla liderdir. Ondan 1 xal geri qalan Rauf Məmmədov ikinci sıradadır. Çinli Van Hao 8 xalla 3-cü, ispaniyalı Valyexo Pons 7 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 5 xalı olan Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5 - 8-ci yerləri bölüşdürür. Şenklend 4 xalla 9-cu, Süleymanlı isə 2 xalla sonuncu - 10-cu pillədə yer alıb.



Digər xəbərlər

Xəbər xətti