Azərbaycan Kuboku: "Sabah" 0:1 "Səbail" - VİDEO

21:55 19 Dekabr 2022

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

 


Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

 

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında oynanılıb.  "Azersun Arena"dakı ilk oyunda qalib müəyyənləşməmişdi (2:2). Bu gün oynanılan matçda isə "Qəbələ" rəqibini minimal hesabla məğlub edərək yarımfinala yüksəldi.

 

 

 

Digər matçda isə "Sabah" "Səbail"i qəbul edib. "Bank Respublika Arena"dakı görüşdən qonaqlar minimal hesabla qalib ayrılıb. "ASK Arena"dakı ilk qarşılaşmada da "dənizçilər" 3:2 hesablı qələbə qazanıb.

 

 

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

19 dekabr

"Sabah" 0:1 "Səbail" (yekun)

Qoba Zakpa, 73 (1:0)

 

İlk oyun - 2:3


Digər xəbərlər

Xəbər xətti