"Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur" - Murad Musayev

22:37 19 Dekabr 2022

"Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur. Bunları yenidən geri qaytarmaq lazımdır".

 

Sportarena.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev evdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

 

 

Rusiyalı mütəxəssis bildirib ki, 90 dəqiqə təzyiq göstərsələr də, oyunu açmaq üçün ilk qolu vurmaq mümkün olmayıb:

"Futbolçuları qınaya bilmərəm. Əllərindən gələni etdilər. İlk matçda uduzmamalıydıq. Rəqib özünü rahat hiss etdi".

 

 

O, komandada psixoloji yorğunluğun olduğunu söyləyib:

"İlin son matçında özümüzdə güc tapmalıyıq. Ola bilər ki, son matçlarda aldığımız qırmızı vərəqələr də təsir edir. Uşaqlar azlıqda qalandan sonra daha çox yüklənirlər. Uğursuz nəticələrdə günahkar futbolçular və məşqçilərdir. Oyunçular çox çalışsalar da, ilin sonunu pis keçiririk. Önümüzdəki oyun bizim üçün önəmlidir".


Digər xəbərlər

Xəbər xətti