Uruqvaylı hücumçu Luis Suares sosial şəbəkə hesabında paylaşım edib.
Sportarena.az xəbər verir ki, o, Argentina millisinin kapitanı Lionel Messini dünya çempionu olması münasibətilə təbrik edib:
“Təbrik edirəm, dostum! Sən dünya çempionusan! Qoy istədiklərini desinlər, sən ən yaxşısan və ən yaxşı olacaqsan”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin turnirin ən yaxşı oyunçusu titulunu da qazanıb.