İtaliya millisinin və "Milan"ın keçmiş futbolçusu Andrea Pirlo Xosep Qvariola ilə 2010-cu ildəki görüşündən danışıb.
Sportarena.az "FourFourTwo"ya istinadən xəbər verir ki, veteran müdafiəçi o zaman "Barselona"nı çalışdıran mütəxəssislə yoldaşlıq oyunundan sonra görüşüb. Pirlo Qvardiolanın onu komandasında görmək istədiyini qeyd edib:
“O, məni ofisinə çağırdı və hansı oyunu istəməsindən danışdı. Sonra məni komandasında görmək istədiyini bildirdi.
Həm onunla danışmaq, həm də “Barselona”nın oyunçuları ilə müqayisə olunmaq mənim üçün qürurverici idi. Sonda heç nə alınmadı, amma öz dəvəti ilə Qvardiolanın görüşünə getmək çox gözəl təcrübə idi”.
Qeyd edək ki, Xosep Qvardiola hazırda "Mançester Siti"ni, Pirlo isə Türkiyə Superliqasında çıxış edən "Fatih Karagümrük"ü çalışdırır.