Fransa klubunun yeni sahibləri müəyyənləşib

10:52 20 Dekabr 2022

Fransanın "Lion" klubunun yeni sahibi bəlli olub.

 

Sportarena.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, ABŞ-dan olan milyarder Con Tekstor Liqa 1 təmsilçisinin böyük hissəsini satın alıb.

 

Onun rəhbərlik etdiyi "Eagle Football Holdings" səhmlərin 77,49 faizinə sahib çıxıb.

 

"Lion"un prezidenti Jan-Mişel Ola səhmləri satmağa razılaşıb. Qərar sayəsində klubun kapitalı 86 milyon avro artacaq.

 

Qeyd edək ki, Braziliyada "Botafoqo", İngiltərə isə "Kristal Pelas" "Eagle Football Holdings"ın nəzarətindədir.


Digər xəbərlər

Xəbər xətti