İtaliya Futbol Federasiyası A Seriyasında 20-ci turdan etibarən yarımavtomatik ofsayd aşkarlama sistemi olan SAOT texnologiyasının tətbiq edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 27 yanvar 2023-cü il tarixindən etibarən sözügedən sistemin matçlarda işə salınacağı qeyd olunub.
Beləliklə, A Seriyası 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən DÇ-2022 ilə eyni ofsayd sistemi tətbiq edən ilk liqa olacaq.