Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

12:28 20 Dekabr 2022

Ümumdünya Körlinq Federasiyası (WCF) Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakına qoyulmuş qadağanın müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı qərar qurumun İdarə Heyətinin son iclasında qəbul olunub. İki ölkə təmsilçilərinin diskvalifikasiya müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.

 

WCF-dən bildirilib ki, onların beynəlxalq turnirlərdə iştirakı yarışın bütövlüyünə xələl gətirəcək.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib.


Digər xəbərlər

Xəbər xətti