“Qarabağ”ın daxili yarışlarda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.
Sportarena.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”yə uduzmasından sonra baş verib (0:1).
Buna qədər 42 oyunda uduzmayan “köhlən atlar” 43-cü matçda xal qazana bilməyib.
“Qarabağ” bundan əvvəl sonuncu dəfə 2021-ci il oktyabrın 25-də Premyer Liqada “Səbail”ə məğlub olub (1:3). Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv təqribən 14 aydan sonra ölkədaxili yarışda məğlubiyyət yaşayıb.
Qeyd edək ki, “Qarabağ” beynəlxalq arenada son məğlubiyyətini bu il oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada “Nant”dan alıb (1:2).