“Turan Tovuz” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Kəpəz”lə heç-heçə edərək (2:2) yarımfinala vəsiqə qazanıb.
Sportarena.az xəbər verir ki, oyundan sonra Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov açıqlama verib:
“Azarkeşlərə təşəkkür edirəm, bu gün yarımfinal həyəcanı yaşamaq istəyirdilər. Şadam ki, onlara bu sevinici yaşada biləcəyik.
Çətin oyun idi. Rəqib də son oyunlarda yaxşı formada idi. Kubok çempionat oyunlarından fərqlənir. İlk dəqiqələrdə qol vursaq da, rəqib üstünlüyü ələ aldı, qollar vurdu. İkinci hissədə demək olar ki, orta sahədə taktiki savaş gedirdi. Amma rəqibə elə də ciddi epizodlar vermədik. “Qəbələ” ilə qarşıdakı oyuna hazırlaşacağıq. Durumumuz yaxşı deyil, zədəlilərimizin sayı çoxaldı. Gənc futbolçularımız var, onlara da şans verəcəyik”.