“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar ilk qələbəsini qazandı

19:11 20 Dekabr 2022

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.

 

Sportarena.az xəbər verir ki, üçüncü oyun günündə rapid növü üzrə 7, 8 və 9-cu turun qarşılaşmaları baş tutub.

 

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 1 qalibiyyət, 1 heç-heçə əldə edib, bir görüşdə isə 17 yaşlı Aydın Süleymanlıya uduzub. Məmmədyarov turnirdə ilk qələbəsini 9-cu turda Abdulla Qədimbəyli üzərində qazanıb. Rauf Məmmədov gün ərzində keçirdiyi 3 görüşdən ikisində rəqibini məğlub edib.

 

7-ci tur

Nodirbek Abdusattorov (Özbəkistan) – Rauf Məmmədov – 1:0

Riçard Rapport (Rumıniya) – Semuel Şenklend (ABŞ) – 1:0

Qukeş Dommaraku (Hindistan) – Van Hao (Çin) – 0,5:0,5

Valyexo Pons (İspaniya) – Abdulla Qədimbəyli – 0,5:0,5

Aydın Süleymanlı – Şəhriyar Məmmədyarov – 1:0

 

8-ci tur

Rauf Məmmədov – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Abdulla Qədimbəyli – Aydın Süleymanlı – 0,5:0,5

Van Hao (Çin) – Valyexo Pons (İspaniya) – 0:1

Semuel Şenklend (ABŞ) – Qukeş Dommaraku (Hindistan) – 1:0

Nodirbek Abdusattorov (Özbəkistan) – Riçard Rapport (Rumıniya) – 0,5:0,5

 

9-cu tur

Riçard Rapport (Rumıniya) – Rauf Məmmədov – 0:1

Qukeş Dommaraku (Hindistan) – Nodirbek Abdusattorov (Özbəkistan) – 0,5:0,5

Valyexo Pons (İspaniya) – Semuel Şenklend (ABŞ) – 1:0

Aydın Süleymanlı – Van Hao (Çin) – 0,5:0,5

Şəhriyar Məmmədyarov – Abdulla Qədimbəyli – 1:0

 

9 turdan sonra Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 14 xalla liderdir. Ondan 2 xal geri qalan Rauf Məmmədov və ispaniyalı Valyexo Pons 2-3-cü yerləri bölüşdürürlər. Çinli Van Hao 10 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 8 xalı olan Rapport və Məmmədyarov 5-6-cı pillələrdə qərar tutublar. Qədimbəyli 7 xalla 7-ci, eyni xala malik Dommaraku 8-cidir. Şenklend və Süleymanlı aktivlərindəki 6 xalla son iki sırada yer alıblar.

 

Qeyd edək ki, turnirə dekabrın 24-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti