Mərakeş millisi DÇ-2022-də uğurlu çıxışından sonra ölkədə parad keçirib.
Sportarena.az xəbər verir ki, milli komandanın futbolçuları və Valid Reqranin başçılıq etdiyi məşqçilər heyəti açıq avtobusla şəhərin küçələrin gəzib və paradda iştirak edən on minlərlə insanı salamlayıblar.
Qeyd edək ki, Mərakeş dünya çempiontları tarixində yarımfinala yüksələn ilk Afrika və ərəb komandası olub. Yığm yarımfinalda Fransaya 0:2 hesabı ilə uduzub. 3-cü yer uğrunda görüşdə isə Xorvatiyaya məğlub (1:2) olub.