Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber, Türkiyə Futbol Federasiyasındakı vəzifəsindən ayrılıb.
Sportarena.az xəbər verir ki, o, istefası ilə bağlı xəbəri özü açıqlayıb:
“Son bir ildə orada nə iş gördüyümü özüm də bilmirdim. Çünki hansısa bir vəzifə yox idi. Mən TFF-də mümkün qədər xidmət göstərməyə çalışdım. Amma bəzən xidmət edə bilməyəcəyinizi gördüyünüz zamanlar da olur”.
Qeyd edək ki, Rüştü Reçber 2019-cu ilin oktyabrında TFF-də UEFA-nın futbolun inkişafı üzrə koordinatorü vəzifəsində çalışmağa başlamışdı.